Dəhşətli qəzada ölən işçilərin kimliyi AÇIQLANDI

OXUNUB: 945 HADİSƏ
"Veysəloğlu" MMC ötən gün Yevlax rayonunda baş verən dəhşətli qəzada həlak olan işçiləri barədə məlumat yayıb.

Şirkətdən bildirilib ki, Yevlax rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərdən 3 nəfəri Veysəloğlu şirkətinin Bərdə lokal ofisinin əməkdaşlarıdır.

Dünyasını dəyişən əməkdaşlarımız bunlardır:

1. Satış təmsilçisi, 1993-cü il təvəllüdlü Zülqədərli Zülqədər Üzeyir oğlu, subaydır;

2. Satış təmsilçisi (təcrübəçi), 1988-ci il təvəllüdlü Zeynalov Pərviz Fərəc oğlu, ailəlidir, 2 övladı var;

3. Merçendayzer, 1992-ci il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu, subaydır.

Şirkətlər Qrupu rəhbərlik və kollektiv adından avtomobil qəzasında dünyasını dəyişənlərin yaxınlarının dərdinə şərik olduğunu bildirib, dərin hüznlə baş sağlığı verib, xəsarət alanlara isə Allahdan şəfa diləyir.//criminal
 
İcmal.Az

RƏYLƏR