Dələduz maklerə HÖKM OXUNDU

OXUNUB: 1029 HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 7 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, A.Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib.
 
İcmal.Az

RƏYLƏR