Dələduzluğa görə tutulan şəxsin qəbiristanlıqda silah gizlətdiyi məlum olub

OXUNUB: 531 HADİSƏ

Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.

DİN-dən  İcmal.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda  R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş "TT” markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.

İcmal.Az

RƏYLƏR