Dələduzluqda təqsirləndirilən şəxs şərti cəza aldı

OXUNUB: 716 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Namiq Quliyevə şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Quliyev gəmi təmiri ilə məşğul olan "Techmarin LTD” şirkətinin direktoru Arif Həsənovdan 87 min dollar alaraq mənimsəyib.

A.Həsənov həbsdə olan MTN generalı Akif Çovdarovun "toruna düşüb”. N.Quliyev isə onu bu "tor”dan çıxarmaq üçün kömək edəcəyini deyib və qeyd edilən məbləğdə pul alıb. A.Həsənov "MTN işi”ndə də zərərçəkən kimi tanınıb.

Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır. 

A.Həsənovun oğlu Həsən Həsənov deyib ki, N.Quliyev MTN-dəki işi həll etmək üçün onlardan 87 min dollar alıb.

N.Quliyev isə 87 min dollar aldığını etiraf etsə də, pulu MTN-lə bağlı məsələni həll etmək üçün yox, biznes qurmaq üçün aldığını deyib./qafqazinfo

 İcmal.Az


RƏYLƏR