“Dənizkənarı Milli Park” MMC hamıdan xərac alır, vergi vermir, dövləti gözdən salır" - İQTİSADÇI

OXUNUB: 1004 index-manşet İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Natiq Cəfərli qurumun 160 min manat vergi borcuna münasibət bildrərkən deyib: "Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park” MMC adlı bir qurum var. Bulvarda tualetlərdən tutmuş kafe-restoranlara qədər hər bir obyektə nəzarət edirlər. Adi dondurma satandan tutun da, əlində şar satanlara qədər hamıdan xərac alırlar. Məlum olur ki, bu təşkilatın büdcəyə 160 min manat vergi borcu var - yəni, arxaları o qədər möhkəmdir ki, vergi ödəmirlər - az qala havadan da pul qazanan MMC-nin vergi borcu olmamalıdı. 
Dövlət institutları məhz belə ikili standartlara görə gözdən düşür, məsələn, məni 2016-da həbs edərkən maddələrdən biri vergi borcu məsələsi idi - halbuki, mənim Vergilər Nazirliyindən rəsmi məktubum var idi ki, heç bir borcum yoxdur. Sonra bağlı VÖEN-ə 2072 manat borc yazdılar, bir daha - 2015-dən bağlı olan VÖEN-ə borc yazdılar, daha ötəsi, 2019-da bir neçə günlük ölkədən çıxışıma qadağa qoydular. Məhkəməni Apellyasiya mərhələsində uddum, qadağanı ləğv etdilər, amma hələ də borcu silmirlər.
Yaxşı, necə olur ki, vətəndaşın 5-10 manat vergi borcu olan kimi boğazına çökürlər, amma kimlərinsə kölgəsində gəzən, hər gün minlərlə manat havayı pul qazanan, tualetin də haqqını tez-tez qaldıran idarənin160 min vergi borcu olur, heç kim də onlara heç nə demir?!"
7NEWS.az

RƏYLƏR