Deputat: Azərbaycanda donor qıtlığı var

OXUNUB: 771 SOSİAL

Bu gün çox az orqan var ki, donordan, yaxud meyitdən insana köçürmək mümkün olmasın: orqan transplantasiyasının tək tibbi yox, həm də hüquqi və mənəvi tərəfləri var, yəni, hüquqi və mənəvi yanaşma düzgün olmadıqda, bu, bir buxova çevrilir.

İcmal.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM)  Səhiyyə komitəsinin "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. 

Komitə sədri deyib ki, Azərbaycanda bir neçə klinika orqan transplantasiyaları həyata keçirir.

"Bu  gün, dediyim kimi, Azərbaycanda ürək köçürmənin tibbi baxımdan heç bir problemi yoxdur. Problem donor, orqan qıtlığı məsələsidir. Birinci növbədə Azərbaycanda orqan transplantasiyası ilə bağlı dövlət reyestri yaradılmalıdır. Ola bilər ki, hər hansı xəstəxanaya müraciət var. Amma Azərbaycanda nə qədər sayda insanın ürək, böyrək, qaraciyər gözlədiyini bilmirik. Digər tərəfdən, beyin ölümünü təsdiq edən bir mərkəzin də yaradılması yaxşı olar”- deyə, komitə sədri sözlərinə əlavə edib.

İcmal.Az

RƏYLƏR