Deputat benzinin qiymətindən danışdı: Artım həyatımıza mənfi təsir etməyəcək

OXUNUB: 979 SİYASƏT

Benzinin qiymətinin artırılması dövlətin siyasətidir. Müvafiq qurumlar bu barədə hesablamalar aparıb qərar qəbul ediblər. Lakin bu artımın əhalinin sosial durumuna mənfi təsiri olmayacaq.

İcmal.Az-ın məlumatına görə, bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Tarif Şurasının iyulun 14-də "Aİ-92” markalı benzinin qiymətinin artırılması ilə bağlı qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, dövlət iqtisadiyyatının tərkin hissəsidir: 

"Yəni, bu kiminsə verdiyi qərar deyil, birbaşa iqtisadi siyasətlə bağlıdır”.

F. İbrahimli vurğulayıb ki, yaxın bir ay ərzində artımın həyatımıza mənfi təsir göstərməyəcəyini hər kəs görəcək.

"Dünyada baş verən iqtisadi proseslər bu addımın atılmasını zəruri edib”, – deyə o diqqətə çatdırıb.

 

İcmal.Az

RƏYLƏR