Deputat çayxanaları mədəniyyətdən kənar elan etdi, özünün 5 mərtəbəli çayxanası üzə çıxdı

OXUNUB: 49 index-manşet HADİSƏ
Deputat Elmira Axundova çayxanalardan narazıdır. Bu həmin Elmira Axundovadır ki, özünün çayxanası var, özü də 5 mərtəbəli!

"Bu gün kəndlərdə kişilərin, gənclərin, cavanların çoxu vaxtlarını çayxanlarda keçirir. Buna hamımız şahidik, heç kimə sirr deyil. Amma yerlərdə mədəniyyət obyektlərinin sayı artırılarsa, onlar müasirləşdirilərsə, həmin insanların çoxu vaxtlarını çayxanalarda keçirməz. Çayxanlar bu gün onların "əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir. Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”,  – criminal.az xəbər verir ki, bu sözləri deputat Elmira Axundova bildirib. 

Elmira Axundova 

Deputatın durduğu yerdə belə açıqlama verməsinin hansı səbəblərin şərtləndirdiyi məlum deyil. Onun bu açıqlaması facebook sosial şəbəkəsində yayılandan sonra deputatın 5 mərtəbəli çayxanası müzakirə mövzusuna çevrilib.

Məsələn istifadəçi Əli Məmmədzadə yazır ki, Elmira Axundovanın oğlu Həbib Axundovun "Gənclik”də 5 mərtəbəli çayxanası var. Orxan Məmmədov adlı istifadəçi isə "səsi yayılan bu ... deyildi? Oğluna layihələrin pulun yedizdirən” şərhini yazıb. 

Pərviz Zeynalov isə "ay Elmira, oğlundan danış, oğlun avaranın yekəsidir” şərhini qeyd edir.

Çayxanalar haqda belə bir açıqlamanı Elmira Axundovanın həmkarı Hadı Rəcəbli versəydi, bəlkə bu qədər təəccüblü olmazdı. O səbəbdən ki, Hadı Rəcəblinin bu günə qədər çayxanasının varlığı haqda məlumatlara rast gəlinməyib. Elmira Axundovanın isə çayxanası var. Bu nataraz çayxana haqda məlumatlar oğlu Həbib Axundovun adı qarışan bir neçə milyonluq dələduzluq işində də, model Günel Mirzəyevanın sirli batmasından sonra da meydana gəlmişdi. 

Günel Mirzəyeva və Həbib Axundov 

Mətbuatda Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 72 ünvanında Elmira Hüseyn qızı Axundovanın adına qeyri-yaşayış şahəsinin olmasını təsdiqləyən sənədlər də o dövrdə yayılmışdı. Elmira Axundovanın adına olan həmin qeyri-yaşayış obyekti mərtəbələrinin sayı 5 olan, ümumilikdə 5 min kvadrat metri tutan, şəhərin düz ortasında çayxana binasıdır. 

Elmira Axundova bu çayxananı mədəniyyət evi kimi niyə işlətmir? Kənddəki Məmmədhəsən kişinin çayxanası mədəniyyətsizlik mənbəyidir, deputatın çayxanası isə mədəniyyət mərkəzi? Kəndlərdəki çayxanaları mədəniyyətdən kənar elan edən biri özünün çayxanasında hansı oyunlardan çıxıldığı haqda məlumatlıdırmı? Deyilsə, sosial şəbəkələrə baxsın, özünün çayxanasında hansı ...xanələrin olmasını özü üçün dəqiqləşdirsin.

Həmin çayxananın internetdəki tanıtım videolarında Elmira Axundovanın bəhs etdiyi mədəniyyət nümunələrinə rast gəlinmir. Qəlyandan qullab alıb havaya üfürənlər, siqaret çəkən xanımlar göz deşir. Bircə ərəb turistləri çatışmır... 

Elmira Axundova özünün "Çardağ”ını mədəniyyət evinə çevirib belə bir çağırış etsəydi, onun təklifi təqdirəlayiq hesab olunardı. Sosial şəbəkələrdə yazılanlardan belə aydın olur ki, deputatın "Çardağ” adlanan çayxanasını oğlu Həbib Axundov idarə edir. Adı dələduzluq və bir gənc qızın ölümündə keçən biri... 

Criminal.az




RƏYLƏR