Deputat: İraqdakı uşaqların taleyi dövlətin diqqətindədir

OXUNUB: 623 SİYASƏT

Azərbaycan dövləti  hər zaman harada və hansı səbəblə olmasından asılı olmayaraq, bütün vətəndaşlarına sahib çıxır.

Bunu İcmal.Az-a açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu İraqdakı silahlı qruplaşmaların, xüsusilə, İŞİD-in üzvü olmuş azərbaycanlı şəxslərin 7-12 yaşlarında olan 15-ə yaxın övladının İraq yetimxanlarında yaşaması və onların acınacaqlı durumda olması ilə bağlı Rusiya Federasiyasının Federasiya Şurasının üzvü, Çeçenistan başçısının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəsi Ziyad Sabsabinin açıqlamasına münasibətini bildirərkən deyib.

Millət vəkili bu məsələnin Azərbaycan dövlətinin də diqqət mərkəzində olduğunu söyləyib.

"Əlbəttə, bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi var, bu yöndə fikir bildirilib. Eyni zamanda, diplomatik kanallar vasitəsilə bu məsələnin həlli ilə məşğul olunur. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti də hansı səbəblə harada olmasından asılı olmayaraq, öz vətəndaşlarına sahib çıxır, onların problemlərini həll etməyə çalışır.

Hazırda sözügedən problemin həlli istiqamətində də  müvafiq addımlar atılır”, - deyə millət vəkili sözlərinə əlavə edib.

Xatıqladaq ki, bu məsələni ilk dəfə millət vəkili Qənirə Paşayeva MM-in ötən iclaslarından birində dilə gətirmiş və İraq yetimxanalarında saxlanılan azərbaycanlı uşaqların vətənə geri qaytarılması istiqamətində addımların atılmasının vacibliyini vurğulamışdı.

O, bir müddət öncə İraqda səfərdə olarkən, şəxsən həmin uşaqları gördüyünü və onların durumunun çox acınacaqlı olduğunu söyləmişdi.

İcmal.Az

RƏYLƏR