Deputat mənzil qalmaqalından danışdı: “Halal pulla almışıq”

OXUNUB: 17 HADİSƏ
Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakinin şikayətləri ilə bağlı məsələyə aydınlıq gətirib

İcmal.Az xəbər verir ki, deputat Demokrat.az-a açıqlamasında bildirib ki, sakinlərin ondan şikayət etməsinin heç bir əsası yoxdur:

"Mənim ailə üzvlərim 12 il öncə, həmin binanın hələ inşasına başlanmamış oradan mənzil alıblar. Yəni, o mənzillərin ilk sahibi bizik.

Bina tikiləndən sonra isə 1 nəfər dələduz şəxs mənzilləri ayrı-ayrı adamlara sataraq, külli miqdarda pul mənimsəyib. Özü də təkcə mən aldığım mənzilləri deyil, binada olan bütün mənzilləri bir neçə adama satıbmış. Bəlkə də həmin mənilləri sonradan alsaydıq, biz də aldanacağdıq.

Bu cinayət əməllərinə görə həmin dələduz şəxs hazırda həbsdə öz cəzasını çəkir. Ailə üzvlərimin halal pulla aldığı mənzilləri hansısa dələduz başqa şəxslərə də satıbsa, burada bizim günahımız nədir? Ali orqan məhkəmədir və insanları aldatmış şəxs də məhkəmənin qərarı ilə həbsdə öz cəzasını çəkir. Əgər bizim hər hansı günahımız varsa, qanun qarşısında cavab verməyə hazırıq.

Hazırda vəkilimiz bu məsələ məşğul olur. Biz qanuna tabe olan adamlarıq. Bu işlə bağlı Azərbaycan məhkəmələri hansı qərarı qəbul edəcəksə, biz ona tabe olmağa borcluyuq".

İcmal.Az

RƏYLƏR