Deputat: Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin

OXUNUB: 679 SİYASƏT

Bakının Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi təklif edilir.

İcmal.Az xəbər verir ki, bu təkliflə deputat Aydın Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

A.Hüseynov qeyd edib ki, həm ulu öndər Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub.

Bunu nəzərə alaraq A.Hüseynov Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Qaradağ rayonunun Heydər Əliyev rayonu adlandırılmasını təklif edib.

İcmal.Az

RƏYLƏR