Deputat Ramil Həsən şəhidimizin anma mərasimində iştirak edib

OXUNUB: 118 SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ramil Həsən, təşəbbüsü ilə artıq 1 ilə yaxındır fəaliyyət göstərən "Tək Millət, Tək Ürək"Beynəlxalq Humanitar Platforması çərçivəsində Zəfər bayramımız ərəfəsində və Müstəqilliyimizin Bərpasının 30-cu ildönümü ilə əlaqədar Vətən uğrunda canlarını fəda etmiş Ucar rayonu II Qarabağ Vətən müharibəsi Şəhidlərinin ailələrini yad etməkdədir. Onu da qeyd edirik ki, millət vəkili bu gün Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri vəzifəsini icra edən Şəhla Abdullayeva, Hüquq-Mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti ilə birgə 18 oktyabr 2021-ci il tarixində  torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Şəhid Elnur Hacıyevin və digər Şəhidlərimizin Ucar Şəhidlər Xiyabanında məzarını ailə üzvləri ilə bərabər ziyarət etmiş, gül dəstələri qoymuş, şəhidlərimizin ruhlarına dualar oxumuşdur. Daha sonra Şəhidimizin evində təşkil olunmuş xatirə mərasimində çıxış edən millət vəkili İslam dünyasının əziz  Peyğəmbəri Həzrəti Məhəmmədin müqəddəs doğum gününə təsadüf edən gündə Elnur Hacıyev  qardaşımızın şəhadətə varmasının ildönümündə Şəhidimizə ALLAHdan qəni-qəni rəhmət diləmişdir. Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında başladılmış olan II Qarabağ Zəfər savaşının məhz  şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda 30 ildən sonra qəhrəman ordumuzun düşmən tapdağından torpaqlarımızı azad etdiyini və ordumuzun bundan sonra da xüsusi addımlar atacağını da vurğulamışdır.
Deputat Allah təaladan şəhidlərimizə qəni-qəni rəhmət diləmiş və eyni zamanda anma mərasimində şəhidimizin ailə üzvlərinə, xüsusilə həyat yoldaşı, övladı və anasına baş sağlığı vermişdir. 

Onu bildirək ki, Zəfər bayramına qədər Ucar rayonundan ll Qarabağ Vətən savaşında şəhid olmuş 23 şəhid ailəsinin hər birinə bu platforma çərçivəsində xeyirxah şəxslərin və qardaş Türkiyənin Qızıl Ay Cəmiyyəti tərəfindən göndərilmiş bağlamalar təqdim ediləcək və eyni zamanda məlumat üçün diqqətə çatdırırıq ki, şəhid və qazi ailələrinə dəstək bundan sonra da genişlənərək davam edəcəkdir.
 
No description available.
 
No description available.
No description available.

RƏYLƏR