Deputat Rüfət Quliyev ikili vətəndaşlığı üzə çıxdı - Ukrayna seçkilərində səs verib

OXUNUB: 512 MARAQLI GÜNDƏM
Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci tutrunda səs verdiyi bildirilir.
7NEWS.az xəbər verir ki, DiasporPress.az saytı deputat Rüfət Quliyevin Ukrayna seçkilərində səsvermədə iştirakını əks etdirən fotoşəkillər yayımlayıb.
Quliyevin vurğulanan seçkilərdə səs verməsi onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir.
Lakin qeyd olunmalıdır ki, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır.
İndiki halda isə Azərbaycanın sıravi bi vətəndaşının deyil, Milli Məclisin deputatı kimi yüksək statusa malik Rüfət Quliyevin qanunvericiliyin bu tələbinə məhəl qoymadığı üzə çıxıb.
Müvafiq dövlət qurumlarının bu faktı diqqətlə araşdıracağı və qanuna uyğun şəkildə tədbir görüləcəyi gözlənilir.




RƏYLƏR