Deputatdan etiraz: Artur Rasi-zadə bizə cavab vermir

OXUNUB: 604 SOSİAL

"Cümhuriyyətin yubileyinin keçirilməsinə 6 ay qalır. Bununla bağlı dövlət başçısının sərəncamı da var. Ancaq mən Gürcüstan və Ermənistan saytlarına baxıram. Onlar cəmiyyət olaraq bu yubileyə daha həssas münasibət göstərirlər”

İcmal.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında səsləndirib. 

O deyib ki, tədbirlərin keçirilməsi üçün parlamentin də qərarı olmalıdır: "Bu cümhuriyyətin qurulmasınada iki böyük tarixi şəxsiyyətin rolu var.  Biri Məhəmməd Əmin Rəsulzadədir. 
Digəri isə hərbi cəhətdən bizə kömək etmiş Nuru Paşadır. Mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə baş  nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin qurulması ilə bağlı müraciət etdik.  Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin evi Novxanıda uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma  yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.

Spiker Oqtay Əsədov bildirib ki, Cümhuriyyətin yubileyinin keçirilməsi ilə bağlı işlərə 1 il bundan qabaq başlanılıb. Vaxtı gələndə nəticəsini görəcəyik. 

İcmal.Az

RƏYLƏR