Deputatın kürəkəni prezidentə qarşı: “Kapitol” və hakimlər qaçqını çölə atıb-TƏFSİLAT

OXUNUB: 1072 Banner-Musavat Banner-Olkə.az Özəl TƏHLİL
Bakıda "Kapitol” adlı fəaliyyəti müəmmalı tikinti firmasının kapital maraqları bir qaçqın ailəsinin ikinci dəfə yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib. 

Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqova Məhəmməd qızının yazmadığı yer, şikayət etmədiyi orqan, müraciət ünvanlamadığı instansiya qalmayıb. 

Z.Sadıqova illərdir ki, "Kapitol” şirkəti və onun sahibi Abbas Səfərovun ucbatından kirayədə yaşayır. 

Bir dəfə erməni işğalına görə ata yurdundan köçməli olmuş zəngilanlı köçkünü Bakıda da yaşamağa qoymayıblar. Ancaq bu dəfə ermənilər yox, "Kapitol” şirkətinin sahibi... 

Üsətlik, bu şirkətin sahibi Abbas Səfərov deputat Eldar Quliyevin kürəkənidir. 

Millət vəkili köçkün ailəsinin başına oyun açdığı kürəkənin əməlləri ilə bir kərə maraqlanmayıb ki, bu ailə niyə çöllərdə qalıb. 

Absurd qərarlar

Müraciət edən Z.Sadıqova deyir ki, mətbuat dəfələrlə onun problemini tirajlayıb, yuxarı dairələrə sözünü çatdırıb, özü qəbullara gedib. Di gəl ki çi fayda?!

Onun sözlərinə görə, evini uçuran "Kapitol” şirkəti nə kompensasiya verir, nə evlə təmin edir, nə də məhkəmə qərarlarını icra...

Bu azmış kimi, A.Səfərov dəridən-qabıqdan çıxaraq, bütün vasitələri sınayaraq Ali Məhkəmədə öz arzusuna çatıb. Hakimin çıxardığı qərar ondan ibarətdir ki, apelyasiya şikayəti verilə bilməz. 

Hadisənin detallarına gəlincə, Z.Sadıqova danışır ki, Nəsimi rayonu, Kərpic küçəsi 43 ünvanında məskunlaşıb. 

"Kapitol” şirkəti Ş.Abdullayev küçəsində onlara məxsus torpaq sahəsində – məcburi köçkün ailəsinin yaşadığı evin bir neçə metrliyində bina tikmək üçün (Abdullayev küçəsi ilə Kərpic küçəsini ayıran daş hasarın dibindən) təxminən 8-10 metr dərinliyində "katlavan” qazıb. Özül daşlarından əvvəl məcbur köçkün ailəsi quyuya düşüb. "Katlavan”ı uzununa genişləndirsəydilər, ailə həqiqətən quyuya düşəcəkdi. Bu dəfə isə qazıntı evi qəzalı vəziyyətə salıb. 

Zəngilanlı ailənin ev qəzasına düşmələrini Nəsimi rayon İcra Hakimiyyəti MKT birliyinin rəisi Laçın Mustafayevin S42 sayli 19.09.2008-ci il tarixli məktubu da təsdiq edir.

Abbas Səfərov şərikini tutdurur

Şirkətin direktoru Abbas Səfərov ailəyə çıxış yolu göstərir: bina tikilib qurtarana qədər ailə kirayədə qalacaq, kirayə pulunu şirkət ödəyəcək, bununla yanaşı, ailənin qəzalı evində şirkət tərəfindən təmir işləri aparılacaq.

Şirkətlə ailənin cavabdeh şəxsi arasında müqavilə imzalanır. Müqavilədən sonra ev tamam sökülür. Köçkün ailəsinə məxsus evin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə "Kapitol” şirkətinin əlinə keçir.

2008-ci ildə təkrar "araşdırma” başlayır. MKT birliyinin rəisi Laçın Mustafayevin birinci qərarının - torpağın "Kapitol” şirkətinə verilməsi əmrinin dəyişdirilməsi məqsədi ilə ailəyə məsləhət görür ki, Nəsimi rayon İcra Hakimiyyətinə "icazə verin, şirkət evimizi təmir etsin” məzmununda məktub ünvanlasın.

2009-cu ildə ailə ilə şirkət yenidən razılığa gəlib. Növbəti öhdəlik müqaviləsi imzalanıb. 

Təəccüblüsü odur ki, sənəddə şirkətin direktoru Abbas Səfərov göstərilib. Birinci müqavilədə isə onun adının yerində Elmar Hacıyevin adı var idi.

Abbas Səfərovun cavabı belə olur ki, şirkətin direktoru Elmar Hacıyevdir, mən müvəqqəti icra edirəm. Məsələyə qismən 2012-ci ilin məhkəmə prosesində aydınlıq gəlir. Məlum olur ki, Abbas Səfərov Elmar Hacıyevi həbs etdirib, şirkətin başına keçib.

Məcburi köçkün ailəsi Rəşid Behbudov 73, mənzil 4 ünvanında şirkət tərəfindən kirayələnmiş evə köçürülür. Ailənin Nəsimi rayonu Kərpic küçəsi 43 ünvanında məskunlaşdığı mənzili yerlə-yeksan edilir. Yalandan vəd verilir ki, yenisini tikirik.

Kirayəyə sığınan ailənin ödənişi, 2014-cü ilin fevralına kimi şirkət tərəfindən ödənir. Sonra imtina edilir. 2011-ci il, oktyabr 20-də Xətai rayon Məhkəməsi ailənin iddiasını qismən də olsa təmin edir. 

Səfərov anasını güdaza verir - cinayət işi

Xətai rayon Məhkəməsinin məlum qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2013-cü il tarixli qətnaməsi, Ali Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qərarları ilə dəyişdirilmədən öz qüvvəsində saxlanılır. 

Hüquqi müstəvidə hər şey ailənin leyhinə gedir. Ancaq məhkəmə iddiası havada qalır. Şirkət ailəyə nə kompensasiya verir, nə mənzil alır.

Nəsimi rayon İcra şöbəsinin təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi 02.04.2014-cü il tarixli qərarla "Kapitol” firmasının direktoru Məhluqə Qibləliyeva 1500 manat məbləğində inzibati qaydada cərimə edilir. 

Şikayətçi Zərqələm Sadıqova deyir ki, növbəti qanunsuzluq burda aşkarlanır: "Şirkətin əvvəlki direktoru Elmar Hacıyev həbsdə, vəziyyətin gərginləşdiyini görən Abbas Səfərov isə müvəqqəti rəhbərliyi anası Qibləliyevaya ötürür. Yəni, oğul anasını məsuliyyət qarşısında qoyur”. 

Bundan sonra ailənin cavabdehi 2014-cu ilin mayın 30-da Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, şirkətin direktoru barəsində cinayət işi başlanılmasını istəyir. İyulda Ədliyyə Nazirliyi İstintaq İdarəsində cinayət işi başlanır.

2015-ci ilin 18 avqustunda CM-nin 306.2 maddəsi ilə təqsirkar bilinən "Kapitol” firmasının direktoru Məhluqə Qibləliyeva barəsində Nəsimi rayon Məhkəməsində proses başlanıb. 

Məhkəmənin hakimi Elman İsayev qarşısında ailənin vəkili Polad Məhərrəmov bir neçə dəfə vəsatət qaldırsa da, bunların hamısı hakim tərəfindən rədd olunub.

Fuad Ələsgərova məhkəmə oyunlarından şikayət

Son prosesləri nəql edən Z.Sadıqov bildirir ki, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova müraciət olunub. 

O, prezidentin köməkçisinə yazdığı məktubda qeyd edir ki, Nəsimi rayonu ərazisində 2 otaqlı müvafiq yaşayış sahəsi ilə "Kapitol” firması tərəfindən təmin olunması barədə 06.09.2013-cü il tarixdə Nəsimi rayon icra şöbəsində icraata başlanıb. Amma 2014-cü il fevralında ”Kapitol” firması icraatdan imtina edib. 

30.04.2014-cü il tarixdə Abbas Səfərov, cinayətdən yayınmaq üçün sahibi olduğu "Kapitol” firmasını satmaq bəhanəsilə R.Abdullayevin adına keçirib. 

Nəsimi rayon məhkəməsinə göndərilmiş, prokuror İslamovanın təqsirkara 3 il 6ay həbs cəzası tələb etməsinə rəğmən, 10.12.2015-ci il tarixdə hakim E.İsayev hökmlə Məhluqə Qibləliyevanı 5000 manat cəriməyə məhkum edib. 

2016-cı il martında Nəsimi rayon icra şöbəsindən 1saylı Bakı İİ.Məhkəməsinə verdiyi şikayət (İddia-Nəsimi rayon icra şöbəsinin vasitəsilə ailəmizə kirayə yaşaması üçün təklif olunan Nəsimi rayonu, V.Plotnikov küçəsi 4 ünvanında 2 otaqlı mənzili qəbul etməyəcəyimiz təqdirdə İcra sənədlərinin Məhkəməyə qaytarılmasının təmin olunması) əsassız olduğu üçün hakim Şərafət Məmmədova, iddianın təmin olunmasının mümkünsüzlüyü barədə qərardad çıxardı.

Təəssüf ki, 21.07.2016-cı il tarixdə hakim E.Nağıyevanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin ədalətsiz qərardadıyla 1saylı Bakı İİ.Məhkəməsinin qanuni və ədalətli qərardadı ləğv olundu.

Saxtakarlıq: Plotnikov 4 ünvanı mövcud deyil

Müraciətdə deyilir: "Hörmətli Fuad müəllim, ”Kapitol” firmasının sahibi Səfərovun fırıldaqçı iddialarını təmin edən Bakı Apellyasiya Məhkəməsinin ədalətsiz qərardadından 15 avqust 2016-cı il tarixdə Sizə etdiyim şikayəti07 sentyabr 2016-cı il tarixdə araşdırılması üçün AR.PA-dan Ali Məhkəməyə göndərildisə də, təəssüf ki, hakim Elmira Nağıyeva və onun dəstəsi barəsində heç bir tədbir görülmədi. 

Sual olunur: Əgər hakim Elmira Nağıyevanın sədrliyilə çıxarılmış qərardadda qanunsuzluq və korrupsiya halı yoxdursa, niyə Ali Məhkəmədə həmin iş araşdırılmadı? 

Bakı Apellyasiya Məhəməsininqərarına əsasən,1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə araşdırması ərəfəsində, 18.11.2016-cı il tarixdə məhkəməyə verdiyim vəsatət üzrə hakim Şərafət Məmmədovanın sorğusu nəticəsində müvafiq Dövlət İdarələrindən alınmış cavabla Firmanın sahibi Abbas Səfərov ifşa olundu.

Məlum oldu ki, "Kapitol” firmasının iddiası (Nəsimi rayonu,V.Plotnikov küçəsi 4 ünvanı Bakı şəhərində mövcud deyil) tamamilə saxtadır.

26.12.2016-cı iltarixdə məhkəmə zalında "Kapitol” firmasının sahibi Abbas Səfərov, hakim Şərafət Məmmədovanın üstünə bağıraraq onu şantaj etməkdən, hakim Məmmədovaya, icra məmurlarına və Dövlət Qaçqınkomun hüquqşünasına böhtan atmaqdan belə çəkinmədi.

Hakim Məmmədova, Abbas Səfərovun sürəkli basqısı qarşısında aciz qalmışdı, çünki onun çıxaracağı ədalətli qərarın Bakı Apellyasiya Məhkəməsində qanunsuz surətdə ləğv olunmayacağına heç kim zəmanət verə bilməz, çünki Abbas Səfərov, Bakı Apellyasiya Məhkəməsində "at oynadır”.

Səfərov, Bakı Apellyasiya Məhkəməsinin izahla bağlı 02.09.2015-ci il tarixli, 2(103)-6156/15 saylı qərarını bağıraraq, istədiyi formada hakim Məmmədovaya qəbul etdirməyə çalışdı. 15 fevral 2017-ci il tarixə təxirə salınmış məhkəmə iclasında "Kapitol”firmasının nümayəndəsi Quliyev, onlar tərəfindən verilmiş saxta iddianın üstünün açıldığını anladığından variant fırlatmağa çalışdı.

Gah onların iddiada göstərdiyi ünvanın mövcud olduğuna inad etdi, gah iddialarını geri götürmək fikrini açıqladı, gah da şikayət verəcəklərini bildirdi.

Ən sonda isə məhkəmənin təxirə salınmasını tələb etsə də, hakim Şərafət Məmmədova onunla razılaşmadı və təkrarən "Kapitol”firmasının iddia tələbinin təmin edilməsinin mümkünsüzlüyünə dair qərardad çıxardığını elan etdi. 

1saylı Bakı İİ.M-nin "Kapitol” firmasının saxta iddiasının təmin olunmasının mümkünsüzlüyü barədə çıxarılmış 15.02.2017-ci il tarixli,2-1(81)-129/2017 saylı qərardadın surəti 22 fevral 2017-ci il tarixdə ünvanlarına göndərilsə də,2017-ci il aprel ayında "Kapitol” firmasının iddia ərizəsində göstərmiş olduğu ünvandan, onların özləri tərəfindən, icraatı gecikdirmək məqsədilə, qəsdən geri qaytarılmışdır”.

İşə təkrar baxıla bilməz - Absurd

Nəhayət, Z.Sadıqova yazır ki, Nəsimi rayon İcra şöbəsinə "yeni bir təklif"göndərmişdir: "Nəsimi rayon İcra şöbəsinin araşdırması nəticəsində "Kapitol” firmasının bu "təklifinin” də fırıldaq olduğu məlum oldu. 

26 may 2017-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə,"Kapitol” firması tərəfindən icrası yarımçıq dayandırılan Xətai rayon məhkəməsinin 20.10.2011-ci il tarixli, 2(011)-1481/11 saylı qətnaməsi və izahla bağlı Bakı Apellyasiya Məhkəməsinin 02.09.2015-ci il tarixli, 2(103)-6156/2015 saylı qərarı üzərə İcra sənədinin icrasının tamamlanması yönündə qanunamüvafiq tədbirlərin görülməsi üçün ərizə ilə müraciət etdim. 

İyun 2017-ci il tarixdə Nəsimi rayon İcra şöbəsi, İcra sənədinin tələblərinin yerinə yetirilməsi üçün "Kapitol” firmasına məktubla müraciət etmişdir. 

Nəsimi rayon İcra şöbəsinin icra haqqında qərarını alan "Kapitol” firması, dərhal hərəkətə keçərək, 15.02.2017-ci il tarixdə "Kapitol”un saxta iddiasınıntəmin olumasının mümkünsüzlünə dair çıxarılmış 1saylı Bakı İİ.Məhkəməsinin 2-1(81)-129/2017 saylı qərardadından apellyasiya şikayəti verib.

Halbuki, Məhkəmənin iddiaçının ünvanına göndərdiyi qərardadı almaqdan yayınırdılar. Onların bütün bu dələduz əməlləri, məhz İcra sənədinin tələbindən yayınmaq üçündür.

Hörmətli cənab Ələsgərov, "Kapitol”firmasının saxta iddiaları ilə Xətai rayon Məhkəməsinin 20.10.2011-ci il tarixli,2(011)-1481/11saylı İcra sənədinin tələblərindən yayınmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsində nail olduğu qanunsuzluqların qarşısının alınmasını və hakim Elmira Nağıyevanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103) -1696/16 saylı ədalətsiz qərardadı ilə ləğv olunaraq 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə araşdırılmaya qaytarılmış inzibati mübahisənin predmeti olan "Kapitol” firmasının iddiasının hakim Şərafət Məmmədova tərəfindən təkrarən təmin edilməsinin mümkünsüzlüyünə dair çıxarılmış 15 fevral 2017-ci il tarixli,2-1(81)-129/2017 saylı ədalətli qərardaddan verilmiş şikayətə qanunamüvafiq baxılmasının təmin olunmasını nəzarətə götürməyinizi Sizdən xahiş edirəm. 

Ümidvaram ki, "Kapitol” firmasının saxta iddialı "məhkəmə oyunlarına” Sizin nəzarətinizlə qanunauyğun surətdə son qoyulacaq, məhkəmələrdə "Kapitol” firmasının qanunazidd hərəkətlərini himayə edərək ədalətsizliyə yol verən hakimlər qanunla cəzalandırılacaq”. 

P.S. Beləliklə, deputatın kürəkəni məhkəmələri də öz fırıldağına və qanunsuzluğuna alət edərək məcburi köçkünün halal evini vermir ki, vermir...(Qaynar)
Deputatın kürəkəni prezidentə qarşı:
Deputatın kürəkəni prezidentə qarşı:

RƏYLƏR