"Deputatların bəziləri bu millətin qürurunu qırdı" — Rəşid Mahmudov

OXUNUB: 806 SOSİAL

"Bəzi məmurlar bu millətin haqqını yeyəcək və hələ mən bundan qorxmalıyam?".


 Bunu moderator.az-a tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O, bunun əleyhinə olanları qınayıb:


"Ölkədə hər bir uşağa normal pul ayrılmalıdır. Bütün dünyada bu təcrübə var. Yəni uşaq 18 yaşına qədər dövlət tərəfindən uşaqpulu ilə təmin olunmalıdır ki, sağlam böyüsün. O, əsgər gedəndə də sağlam olur, silah tuta bilir. Çünki vaxtında normal qidalanmalıdır, idmanla məşğul olmalıdır. İndi çoxumuz maaşa işləyən adamlarıq, uşaqlarımızı yaxşı qidalandıra, geyindirə, idmana qoya bilmirik. Bizim ölkədə mütləq uşaqpulu verilməlidir. Bu milləti dilənçi kökündə saxlayırlar, deputatların bəziləri bu millətin qürurunu qırdı. İndi sözünü deyən deputatlar da var, bu sevindirici haldır. Bəzi məmurlar bu millətin haqqını yeyəcək və hələ mən bundan qorxmalıyam? 


Bizim deputatların bəziləri sanki dünyanı başa düşmür. Uşaq 18 yaşına qədər savadlı, yaxşı dünyagörüşünə malik olmalıdır. Bütün bunlar üçün isə pul lazımdır. Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir. İki yüz manat maaşmı olar? Ayıbdır vallah. Neft çıxan ölkədə kim 200 manat maaş yazırsa, Allah ona lənət eləsin. Həkimlərə 200-250 manat maaş verirlər. Müəllimlərə də elə onun kimi. Belə şey olmaz axı”.

RƏYLƏR