Deputatlığa Namizəd Müşfiq Cəfərov 39 saylı Kəpəz birinci (Gəncə) dairəsi üzrə seçicilərlə görüşdü

OXUNUB: 1812 SİYASƏT
9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov 27 yanvar tarixində 38 SAYLI HƏRBİ ŞƏHƏRCİK, ŞAH İSMAYIL XƏTAİ və FİKRƏT ƏMİROV prospektində yaşayan seçicilərlə görüşdü.
Təbliğat- təşviqat qrupunun üzvü Sahib Əmiraslanov gənc namizədin Gəncədə anadan olmasını, yaşamasını vurğuladı, buna görə də Gəncənin problemlərinə daha yaxşı bələd olmasını qeyd etdi. Amerika Birləşmiş Ştatlarında magistr təhsili almasına və orada yaşamaq imkanına malik olmasına baxmayaraq, Müşfiq Cəfərov əldə etdiyi bilikləri məhz ölkəmizdə təqbiq etmək, ölkə üçün faydalı olmaq naminə Gəncəyə qayıtmış, Gənclər sahəsində fəaliyyət göstərmiş və Azərbaycanın Avropada tanımasında xidmətləri olduğunu söylədi. Çıxışının sonunda Sahib Əmiraslanov Müşfiq Cəfərovun Milli Məclisdə Gəncə əhalisinin səsi olacağına inandığını vurğuladı.
Şəhər sakini Məlikov İsrafil namizəd Müşfiq Cəfərovla tanışlıqdan sonra, çıxış edərək, arxası xalq olan birinin zirvələri fəth edə biləcəyini söylədi, cavan kadr kimi, xalq üçün faydalı işlər görəcəyinə inandığını söylədi və seçkilərdə gənc namizədi dəstəkləyəcəklərini bildirdi. 
Görüşlərin sonunda çıxış edən Müşfiq Cəfərov sakinlərə zaman ayırdıqları, onu dinlədikləri üçün minnətdarlığını bildirdi. Seçkilərin nəticəsindən asılı olmayaraq Ölkəmiz və millətimizin inkişafı üçün töhfəsini verməyə davam edəcəyini əlavə etdi.
 
 
 

RƏYLƏR