Deputatlığa namizəd Müşfiq Cəfərov Gəncə sahibkarları ilə görüşüb

OXUNUB: 1814 SOSİAL
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov 28 yanvar tarixində Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatında Gəncə şəhərində fəaliyyət göstərən Sahibkarlarla görüşdü.
Görüşün açılış nitqini Hüseyn Budaqov namizəd haqqında qısa məlumat verdi, Müşfiq Cəfərovun həyat və fəaliyyəti Gəncə ilə bağlı oduğunu, seçildiyi təqdirdə Gəncə şəhərində çalışmağa davam edəcəyini bildirdi. O, Müşfiq Cəfərovun yüksək bilik və dil bacarıqlarının mövcudluğu, onun Azərbaycanı dünyanın istənilən yerində uğurlu təmsil etməsinə imkan verdiyini əlava etdi. İnternet əsrində artıq müraciətlərin və sorğuların online həyata keçirməsinə şərait yaratdığını söylədi.
Təbliğat – təşviqat qrupunun üzvü Sahib Əmiraslanov çıxışı zamanı sahibkarları dövlətin qidasını təşkil etdiyini, Azərbaycan İqtisadiyyatının özəyi olduğunu xüsusilə vurğuladı. Prezident İlham Əliyevin son islahatları onu deməyə əsas verirki, artıq dövlət yenilikçi, cavan, enerjik,  xalqın xidmətində olacaq kadrlara ehtiyac var. Çıxışının sonunda sahibkarları Müşfiq Cəfərovu dəstəkləməyə çağırdı və onları ədalətli rəhbərliyə səs verməyə dəvət etdi. 
Sahibkar Məmmədli Cəmil çıxış edərək, Parlamentdə gənclərin təmsil etməsi, gələcəkdə qəbul olunacaq qanunlarda sahibkarların təkliflərinin nəzərə almasını vurğuladı, eyni zamanda Gəncədə həyata keçirəlcək layihələrdə Gəncəli sahibkarların iştirak etməsi üçün şəraitin yaradılmasının, Gəncə şəhərinin iqtisadiyyatına olan faydasını qeyd etdi.
Musa Ələkbərov Müşfiq Cəfərovun Gəncə ictimaiyyətinin tanıdığını və sevdiyini bildirdi. O gənc namizədin bugünki kimi əhali arasında olacağına, onların problmlərini dinləyəcəyinə və əhalinin bütün təbəqəsinin Azərbaycan Respublikasının Milli Məclisində səsi olacağına inandığını söylədi.
Gərgin iş qrafikində zaman ayrıb, görüşə qoşulduqları üçün Sahibkarlara təşəkkürünü bildirən Müşfiq Cəfərov gələcəkdə birlikdə Gəncə üçün faydalı işlər görməklə bağlı nəzərdə tutulan pilot layihələr, planlar haqqında məlumat verdi.
Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkildi.
 

RƏYLƏR