Dərman reklamında ciddi dəyişiklik: 2000 manatadək cərimə

OXUNUB: 744 SOSİAL

Azərbaycanda dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər də cərimə ediləcək.

İcmal.Az-ın report-a istinadən verdiyi məlumata görə, bununla bağlı dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. 

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, belə aksiyaların keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan maddədə fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmur. 

Dəyişikliyə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir.

Eyni zamanda, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağan edilir.

RƏYLƏR