“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər qəbul olundu

OXUNUB: 601 SOSİAL

Parlamentin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

İcmal.Az-ın məlumatına görə, layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

O qeyd edib ki,  dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı dəyişiklik edilir.

Onun sözlərinə görə, "Dərman vasitələri haqqında” qanunun 6-cı (dərman vasitələrinin dövlət qeydiyyatı) maddəsinin 1-ci bəndində dəyişiklik edilir.

Yəni, dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilən miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycandakı yerli nümayəndəliyi və ya xarici nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər.

Qısa müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib. 

İcmal.Az

RƏYLƏR