"Deyirdi ki, evlərdə yığışıb dini kitab oxuyuruq..." - 4 qızı və nəvəsi "kedicik"lərə qoşulan ana

OXUNUB: 921 DÜNYA
Cinayətkar şəbəkənin lideri olduğu üçün saxlanılan Adnan Oktarın qrupunda Babuna ailəsindən 6 nəfərin olduğu ortaya çıxıb. 

İcmal.Az Türkiyə saytına istinadən xəbər verir ki, polisə ifadə verən Adnan Oktarın ortağı Oktar Babunun anası Lütfiyə Babun bir çox məsələləri üzə çıxarıb. O bildirib ki, bu qruplaşmada onun 4 qızı, bir oğlu və nəvəsi də olub. Babuna həmçinin vurğulayıb ki, övladları tərəfindən 14 mağaza, 2 maşın, bir villa və bir mənzil Adnan Oktarın fonduna təqdim edilib. 

Lütfiyə Babuna onu da qeyd edib ki, illərdir övladlarını və nəvəsini bu qruplaşmadan çıxarmağa çalışıb:

"Qızım Mihrin Tuba universitetdə oxuyarkən Adnan Oktarın adamları tərəfindən aldanılıb. Əvvəllər bundan xəbərsiz idim. Bunu biləndən sonra ondan bu qruplaşmadan çıxmasını tələb etdim. Sonralar qızım evə gəlməməyə başladı. Harada olduğunu soruşanda dostları ilə ev tutduğunu və orada qaldığını söylədi. Amma ünvanı demədi. Evdə toplanıb dini kitab oxuduqlarını bildirirdi. Universiteti bitirəndən sonra qızım Adnan Oktarın adamlarının evində qalmağa başladı. Evə 2-3 gündən bir gəlirdi. Daha sonra heç gəlməməyə başladı. Qızımı oradan çıxarmağa çalışdığım zaman digər övladıarım da bu qruplaşmanın üzvü oldu. Oğlum Oktar çox savadlı beyin cərahı idi. Lakin bu qruplaşmaya daxil olduqdan sonra sənətini atdı”. 

İcmal.Az

RƏYLƏR