"Deyirlər ki, müğənninin keçmiş əridir..." - Bacılar nişanlanmasından danışdı

OXUNUB: 917 ŞOU-BİZNES
Sevil-Sevinc bacıları "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olublar.
İCMAL.AZ xəbər verir ki, bacılar bir müddət öncə ailə qurma xəbərinə açıqlama veriblər. Sevinc bildirib ki, bu xəbərlər yalandı amma ilin sonuna kimi ailə qurmağı fikirləşirlər və bütün cehizləri hazırdı:

"Bilirsiz nə qədər cehizimiz var?! Sulutəpədəki evimiz doludur, Xırdalanda anbarımız doludur. Anam hətta pizza bişirən sobaya kimi alıb. Amma əslində mən belə şeylərə pis baxıram. Sən mənə qızıl al, mən cehiz gətirim. Olmaz ki, elə iki sevən insan əl-ələ verib hər şeyini alsın. Sevilin nişanlanma xəbərinə gəldikdə isə, nişan yox hətta, ailə qurub yazmışdılar. Biz bu məsələyə indi ötəri yanaşdıq. Amma bir də belə bir şey olarsa çox pis olar. Çünki bizim ailəmiz, nəslimiz var. Göbələk deyilik axı yerdən çıxaq. Hamı oxuyur narahat olur. Xəbəri yazan jurnalist hətta, qeyd edib ki, gizli saxlayıblar ərə getməyi. Əgər bu gizlidirsə, niyə paylaşırsan axı?! Ona görə mən belə düşünürəm ki, əgər belə bişey olarsa həqiqətən də gizli saxlayacam. Çünki bu bizim özəlimizdir. Düzdür hər kəs gözləyir belə xəbərlər. Bizi sevənlər yəni. Bəlkə də Sevanın adından yazılsaydı ki, ailə qurub buna əsəbləşməzdim mən. Amma başlıqda yazmışdılar "Naxçıvanlı iş adamı", nə fərqi var axı iş adamıdı, fəhlədir, qohumdur. Sonra da ifrat dərəcəyə də çatdırırlar. Hansısa müğənninin keçmiş əridir. Əgər keçmiş əri yaxşı olsaydı elə müğənninin yanında olardı da".

RƏYLƏR