Diananı gözü götürməyən kimdir? - Fotolar

OXUNUB: 1137 ŞOU-BİZNES

Ötən gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub.

İcmal.Az xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində baş tutan gecədə təmsilçimiz Dihaj (Diana Hacıyeva)  8-ci nömrə altında çıxış edib. 

"Skeletions” əsərini canlı ifa edən Dihaj Avropa tamaşaçısına fərqli bir şou göstərib. Həm münsiflər, həm də tamaşaçı səsverməsindən sonra Diana finala vəsiqə qazana bilib. 

Dihajdan başqa Belçika, Moldova, Ermənistan, İsveç, Avstraliya, Yunanıstan, Portuqaliya, Polşa və Kipr təmsilçiləri böyük finalda çıxış edəcəklər. 

Top 10-luqda olacağı ehtimal edilən, bukmeykerlərin proqnozunda ilk yerləri tutan Finlandiya təmsilçisi Norma Johnun finala keçməməsi sürpriz olub. Gürcüstan təmsilçisi Tamara Gachechiladze də yarımfinal mərhələsində yarışmadan uzaqlaşanlar sırasındadır. 

Bu məqamda qeyd edək ki, Azərbaycan təmsilçisi Diana uğurlu çıxış etməsinə baxmayaraq, bukmeykerlərin proqnoz siyahısında ciddi şəkildə geriləyib. Belə ki, müğənni siyahıda 9-cu pillədə qərarlaşıb. Yarımfinaldan sonra Belçika təmsilçisi Blanche birbaşa 6-lığa daxil olub.  

Onun ifa etdiyi "City Lights” mahnısı isə "iTunes”də ən çox yüklənən bəstədir.  Artıq ehtimal edilir ki, 1-cilik uğrunda mübarizə İtaliya, Portuqaliya və Bolqarıstan iştirakçıları arasında olacaq.

Avropalı ekspertlər bildirib ki, ilk 5-likdə olan ölkələrin reklamı güclü təşkil olunub və onların mahnıları hitə çevirilib. Hacıyevanın mahnısının PR-ı isə zəif qurulub. Belə ki, müsabiqənin rəsmi yayım qurumlarından başqa onun ifası Avropanın az radiolarında səsləndirilib. Həmçinin, İTV və radiosu onu kifayət qədər reklamını edir. Həmçinin, Dihajın PR turunun az olması da onun tanınmamasına səbəb ola bilər.  

Həmçinin, Azərbaycan televiziyaları da Dianaya qarşı biganə qalıb. Yerli kanal və radiolar demək olar ki, "Eurovision” mahnı müsabiqəsi barədə məlumat vermir.  Bu da, Dianın uğur qazanmasına maneə olur. 

Xatırladaq ki,  ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.

 



RƏYLƏR