Diaspor Komitəsi dövlətin vəsaitini "göyə sovurur" - İDDİA

OXUNUB: 513 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə İSBAM sədri Samir Adıgözəlli iddia irəli sürüb: "Finlandiyada Azərbaycan Evi açıblar. Amma bir neçə nəfərdən başqa heç kimin xəbəri olmayıb. Finlandiyada 3000 azərbaycanlı yaşayır. Niyə bu adamların heç olmasa 200-300 nəfərini dəvət etməmisiz açılışa? Baxın indi də komitə rəsmiləri gizli gedib gəlirlər. Azərbaycan Evi açırlar, burda yaşayan diaspor aktivlərini, təşkilatları dəvət etmirlər. Yaxşı, o zaman sual olunur, kimə və nəyə görə bu ofisin üzərinə Azərbaycan Evi yazırsan?
Günlərdir yaratdığınız evlərdən səs soraq çıxmadı. Milli dərdimizə məlhəm olmayan evlər, şəxsi cibləri doldurmaqla mükəlləfdir."
7NEWS.az

RƏYLƏR