DİN: Axtarışda olan 29 nəfər saxlanılıb

OXUNUB: 630 SOSİAL

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İcmal.Az-aa verilən məlumata görə, onların da 20-si "isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR