DİN əməliyyat keçirdi — Qızılı rəngli “Mercedes”i saxladı

OXUNUB: 878 HADİSƏ
Bakıda polis daha bir avtomobil oğurluğu faktını üzə çıxarıb.


İcmal.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, mayın 11-də saat 12:20 radələrində DİN-in "Təhlükəsiz şəhər” xidmətinin, 102 zəng mərkəzinin və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı 5 ay əvvəl qaçırılmış avtomaşın tapılıb. 

Belə ki, Bakı şəhər sakini Vüqar Vaqif oğlu Babayevə məxsus qızılı rəngli "Mercedes E-220” markalı 10-LA-833 dövlət nömrə nişanlı avtomaşın Səbail rayonu Salyan yolu, 24 ünvanında saxlanılıb. 

Avtomaşının sahibi Vüqar Babayev bildirib ki, ona məxsus olan avtomaşını ötən il dekabrın 12-də Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində nömrəsiz ünvanın qarşısında saxlayaraq gedib və bir daha tapa bilməyib.  

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi açılıb.
 
İcmal.Az

RƏYLƏR