DİQQƏT! Seksual manyak peyda oldu - Polis hər yerdə onu axtarır

OXUNUB: 732 Özəl AZƏRBAYCAN HADİSƏ
Abşeron rayonunda seksual manyak peyda olub. İCMAL.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, günorta saatlarında valideynlər evdə olmayanda mənzillərə daxil olan naməlum şəxs azyaşlı qızlara hücum edərək onlara qarşı seksual xarakterli hərəkətlər edir. Artıq zərərçəkənlərdən biri, Masazır qəsəbə sakini R.Z polisə müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə 14 yaşlı qızı Aygünü (ad şərtidir) aldadaraq evə daxil olan naməlum şəxs qızına qarşı zorla seksual xarakterli hərəkətlər edib. Abşeron RPŞ hazırda həmin şəxsi axtarır. Onun bu tipli başqa cinayətlər etməsi də istisna edilmir.

RƏYLƏR