Dollar bu gün neçəyə satılır?

OXUNUB: 958 İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 30-a olan məzənnəsini açıqlayıb.


AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 26-ı ilə müqayisədə dəyişməyərək 1,7020 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,9062 manatdan 1,8939 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0301 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4768 manatdan 0,4756 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1922 manatdan 2,1809 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7026 manatdan 0,6970 manatadək azalıb.
 
İcmal.Az

RƏYLƏR