Dollar mühüm valyutalar qarşısında ucuzlaşır

OXUNUB: 467 İQTİSADİYYAT

Avro dollar qarşısında ötən cümə günü açıqlanan ABŞ-ın zəif iqtisadi göstəriciləri ilə əlaqədar ucuzlaşır.

ABŞ Federal Ehtiyat Sisteminin (FES) gələn ay keçiriləcək iclasında faiz artıracağı ehtimalının məzənnədə böyük ölçüdə əks olunması və ABŞ göstəricilərinin məyus etməsilə, Avropanın ortaq valyutasının dollar qarşısında bu həftə 1,1023 səviyyəsinə çıxa biləcəyi qeyd olunur.  

İcmal.Az "Marja”ya istinadən xəbər verir ki, FES-in iyunda 25% bəndi faiz artıracağı ehtimalı 70%-dən yüksəkdir. Artıq bu ehtimal bazar üçün sürpriz deyil.

Bazar Avropa Mərkəzi Bankının (AMB) təşviq siyasətindən çıxışının zaman və tərzini də müzakirə edir. Avronun bahalaşmasına belə müzakirələrin artması da təsir göstərir.

Saat 09:00-a olan məlumata görə, avro/dollar məzənnəsi 0,2% artaraq 1,0994 səviyyəsinə çatıb (dollar ucuzlaşıb, avro bahalaşıb). Dünən məzənə 0,6% artmışdı.

ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən "Bloomberg Dollar Spot İndeksi” 0,1% düşüb və enişi beşinci günə çatıb.

Yen dollar qarşısında 0,3% yüksələrək 113,46 səviyyəsinə çıxıb. Cənubi Koreya vonu 0,4% dəyər qazanaraq 4 apreldən bu yana ən yüksək səviyyəsinə çıxıb, Meksika pesosu 0,3% yüksəlib.

İcmal.Az

RƏYLƏR