Dollar rubla nisbətdə ucuzlaşdı

OXUNUB: 979 İQTİSADİYYAT

Moskva birjasında dolların məzənnəsi 13 kopek ucuzlaşıb. 

İcmal.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda 1 dollar 58,96 rubl təşkil edir. 
Avro isə rubla nisbətdə 67,76 rubl olub. 

Rusiya İctimai Tədqiqat Araşdırma Mərkəzinin bir müddət əvvəl açıqladığı sorğunun nəticələrinə görə, bir ildən sonra rubl/dollar məzənnəsi 64 rubl olacaq. 

Rusların 58 faizi valyuta ilə yığım səbətinə dəyişiklik etməyə hazırlaşır. Qeyd edək ki, ilin əvvəlində bu nisbət 47 faiz idi. 

 

İcmal.Az

RƏYLƏR