Dollar sabit qaldı, avro isə bahalaşdı

OXUNUB: 889 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 22-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 19-u ilə müqayisədə dəyişməyərək 1,7023 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8916 manatdan 1,9047 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0296 manatdan 0,0300 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4709 manatdan 0,4760 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2054 manatdan 2,2128 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7042 manatdan 0,7027 manatadək azalıb.

 

İcmal.Az

RƏYLƏR