"Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır"

OXUNUB: 396 İQTİSADİYYAT
Azərbaycan fevralın sonundan etibarən Brent markalı neftin qiymətinin 32 faiz ucuzlaşmasına baxmayaraq Dolların məzənnəsini 1,7 manatda saxlamağa davam edir.

7News.Az-ın məlumatına görə, "Fitch” beynəlxalq reytinq agentliyi hesab edir ki, bu, Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınsa (ÜDM-in 40%-i, ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi) və xarici təzyiq azalmasa "çox bahalı və qeyri-sabitdir”.

"Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 2,9 milyard dollar, həmçinin martda 1,9 milyard dollar valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanıln 45%-ni artıq satıb.

Agentlik vurğulayır ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb (323 milyon dolar), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda  55 milyon dollar təşkil edib: "Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna  49,5 milyard dollar təşkil edir”, - məlumatda deyilir.
 
7News.Az

RƏYLƏR