"Domino's Pizza"nın kampaniyası can aldı: Onlarla insan boykot çağırışı etdi - FOTO

OXUNUB: 332 İQTİSADİYYAT HADİSƏ

"Domino's Azerbaijan" şirkətinin "30 dəqiqəyə çatdırılma kompaniyası" bir gəncin həyatına son qoyub.

7News.Az xəbər verir ki, bu barədə məlumat "Facebook”da aktiv qruplardan olan "Müştəriyəm şikayətim var"da paylaşılıb.

Məlumata görə "Domino's Azerbaijan" şirkətinin kuryeri olan Ülvi adlı gənc, şirkətin həyata keçirdiyi "30 dəqiqəyə çatdırılma kompaniyası"na görə motosikleti yüksək sürətlə idarə edib və ağır qəza keçirib.

Domino's Pizza növbə meneceri vakansiyası üzrə işçi axtarır ...

Bakı şəhəri "Atatürk” prospektində baş verən qəza nəticəsində Ülvi həyatını itirib. Baş verən hadisə sosial şəbəkələrdə insanların haqlı narazılığına səbəb olub. İnsanlar şirkətdən bu kampaniyanın ləğv olunmasını tələb ediblər. "Domino's Azerbaijan"nı boykot etməyə çağırıblar. Bəzi müştərilər hətta şirkəti qatil olmaqda günahlandırıblar.

Şəkildə bunlar ola bilər: 1 nəfər

Qeyd edək ki, şirkətin əməkdaşları pizzanı müştəriyə vaxtında çatdırmadıqda, həmin məbləğ kuryerlərin məvacibindən çıxılır. Bu isə motosikletlərlə sifariş çatdıran kuryerlərin həyatını riskə atır. Sosial şəbəkələrdə yer alan paylaşımlara görə, hər ay 10-dan artıq "Domino's Azerbaijan" kuryeri müxtəlif tipli qəza keçirir.

RƏYLƏR