Dostuna qarşı cinayət törətdi - TUTUB BAKIYA GƏTİRDİLƏR

OXUNUB: 755 HADİSƏ
Bakıda avtomobil qaçırmış şəxs tutulub.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.
 
Araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR