Dostunu baltalayana 12 il həbs verildi

OXUNUB: 647 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində köhnə həbsxana dostunu balta ilə vurub öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il fevralın 7-də saat 22.30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində baş verib. 

Hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkumluq həyatı yaşayıblar. Onlar birgə cəzaçəkdikləri müəssisədə tanış olaraq dost olublar./qafqazinfo

 İcmal.Az


RƏYLƏR