Doğum günündə həyatını itirdi - ağır qəza - VİDEO

OXUNUB: 929 HADİSƏ

Qax rayonunda ölümlə nəticələnən qəza olub.

İcmal.Az bildirir ki, hadisə gecə saatlarında Qax-Qorağan avtomobil yolunun Alatəmir kəndindən keçən hissəsində baş verib. Qorağan kənd sakini 24 yaşlı Elçin Əliyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 29 yaşlı Ruslan Qafarov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 
 
 
 

Elçin Əliyevin müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
Qeyd edək ki, ölən şəxsin həm də bu gün doğum günü olub. /xezerxeber.az

 

İcmal.Az

RƏYLƏR