Dr. Səbinə Mirzəyeva: "Hamiləlik zamanı TSH hormonu yüksək olarsa..." (FOTOLAR)

OXUNUB: 1557 Səhiyyə

Hamiləlik zamanı qadınlarda ən çox rast gəlinən hallardan biri də TSH hormonlarının normadan aşağı və ya yuxarı olmasıdır. Məsələn, bu hormon yüksək olan qadınlarda üşümə, halsızlıq, yorğunluq, saçlarda tökülmə, ağrı şikayətləri kimi hallar müşayiət olunur. Bu hallarda hamilə qadınlar nə etməlidir, TSH hormonunun normadan kənar olması hansı fəsadlar yarada bilər, ümumiyyətlə, TSH hormonu nədir? Bu suallara cavab tapmaq üçün tanınmış mama-ginekoloq dr. Səbinə Mirzəyevailə əlaqə saxladıq.

Səbinə xanım bildirdi ki, hamiləlik zamanı TSH hormonu yüksək olarsa, bu dölün əqli inkişafına təsir göstərə bilər, lakin narahatçılığa səbəb yoxdur:

"Tireoid stimulə edici hormon (TSH) beyində yerləşmiş hipofiz vəzisi tərəfindən ifraz olunaraq, orqanizmdə qalxanvari vəzin işini idarə edir. T3 və T4 hormonları isə qalxanvari vəzidə sintez olunaraq TSH hormonu ilə birbaşa əlaqədədir. TSH, hipofiz hüceyrələri tərəfindən qalxanvari vəzin hormonlarının (T3,T4) qanda səviyyələrinin dəyişməsinə cavab olaraq ifraz olunur. TSH qan vasitəsi ilə qalxanvari vəz hüceyrələrinə çatdırılır və hüceyrələrin səthində yerləşən reseptorlarla əlaqə yaradır. Hamiləlik zamanı xüsusilə ilk üç ayda TSH hormonunun səviyyəsi aşağı olur. Bu patalogiya deyil. Ona görə də ilk dəfə müayinə aparılarsa TSH, TT4, ANTİ-TPO, ANTİ-TQ yoxlanılmalıdır. Əgər hamiləlik zamanı TSH hormonu yüksək olarsa, bu dölün əqli inkişafına təsir göstərə bilər. Lakin narahatçılığa səbəb yoxdur. Belə ki, bu cür vəziyyət asanlıqla əvəzedici T4 preparatı ilə aradan qaldırılır. Həkiminiz tərəfindən bəzən yanlış yönəldilərək sizə süni şəkildə hamiləliyi dayandırmaq məsləhət görülsə, tamamilə səhv addım olar. Çünki bu cür vəziyyətdə ən pis halda dünyaya gələn uşaqda İQ - intellek səviyyəsi aşağı ola bilər. Həkiminizi dəyişmək atacağınız ən doğru addım olar". /qaynarinfo.az

 

İcmal.Az

RƏYLƏR