Dr. Səbinə Mirzəyevanın kitabı satışda - Xeyriyyə aksiyası (FOTOLAR)

OXUNUB: 612 SOSİAL
Bu ilin əvvəlində vaxtsız vəfat edən, hamının sevimlisi tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın ölümündən qısa müddət əvvəl ərsəyə gətirdiyi kitabı "Libraff" mağazalar şəbəkəsində satışa çıxarılıb.

İcmal.Az-ın verdiyi xəbərə görə, "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının satışından əldə olunacaq vəsait xeyriyyə işlərinə sərf ediləcək. 

Kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda, məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar. 

Qeyd edək ki, dr. Səbinə Mirzəyeva 3 aprel 2018-ci ildə beyinə qan sızmasından vəfat edib.
 
İcmal.Az

RƏYLƏR