DTX Mədəniyyət Mərkəzinin əməkdaşları təltif edilib - SİYAHI

OXUNUB: 743 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

İcmal.az trend-ə istinadən bildirir ki, sərəncamda Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim” fəxri adı verilməsi qeyd edilir:

Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif ediliblər:

Kərimova Elnurə Camal qızı
Tağıyeva Leyla Əliyevna

İcmal.Az

RƏYLƏR