DTX-nin həbs etdiyi Faiq Bağırov hansı məşhurların qohumudur? – Maraqlı DOSYE + FOTOLAR

OXUNUB: 1022 SOSİAL
Xəbər verdiyimiz kimi, Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində 4 aylı1q həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com xəbər verir ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan Faiq Bağırov 1962-ci ilin noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1983-cü ildə hərbi tərçüməçi, 1984-1986-cı illərdə isə baş hərbi tərcüməçi kimi çalışıb. 1986-1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub.  2005-2010-cu illərdə Misir Ərəb Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, 2010-2017-ci illərdə isə Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfir olub. Faiq Bağırov 2018-ci ildən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışır.
Məlumat üçün qeyd edək ki, Faiq Bağırov Azərbaycanın məşhur dövlət xadimlərindən olan Zakir Bağırovun qardaşı oğludur. Zakir Nəriman oğlu Bağırov 1929-cu ildə Şuşa şəhərində anadan olub. 1971-1988-ci illərdə  Azərbaycan SSR Mədəniyyət naziri və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Faiq Bağırovun atası Nüsrət Bağırov isə tarixçi olub.
Onu da bildirək ki, Faiq Bağırov tanınmış jurnalist və politoloq İlqar Vəlizadənin dayısı oğludur. Eyni zamanda mətbuatda yer alan məlumatlarda Faiq Bağırovun AZAL-ın prezidenti Cahangir Əsgərovun da yaxın qohumu olduğu bildirilir.

RƏYLƏR