Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib. Vətəndaşa məxsus çamadan rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Bu zaman əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən 10 ədəd "Samsung Galaxy Note 10" markalı mobil telefon və 2 ədəd qulaqlıq aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
10.12.2019, 12:22 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
BNA: "EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb
10.12.2019, 12:20 / AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
10.12.2019, 12:19 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
DYP: "EuroHome"da yanğınla əlaqədar Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb
10.12.2019, 12:17 / AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
10.12.2019, 12:13 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub - VİDEO
10.12.2019, 12:03 / index-manşet, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi
12.11.2019, 10:56 / AZƏRBAYCAN, HADİSƏ