Dünya bu görüntülərdən danışır FOTOLAR

OXUNUB: 714 DÜNYA

Müsəlman və yəhudidən dünyaya birlik dərsi

Bir neçə gün öncə Böyük Britaniyanın Mançester şəhərində konsert salonunda baş verən terror aktının qurbanları anılmağa davam edir.

Partlayış nəticəsində ölən 22 nəfərin xatirəsinə adıçəkilən şəhərin müxtəlif yerlərində anım tədbirləri keçirilir. Bu anım zamanı lentə alınan bir foto dünyanın gündəminə düşüb.

Müsəlman və yəhudinin bir-birini təsəlli etməsi əsl həmrəylik nümunəsi hesab edilib. Qurbanların xatirəsinə evlərinin həyətinə gül dəstəsi qoyan yəhudi qadın Rene Raşel Blakı müsəlman Sadiq Patel təsəlli edib. Onların bir-birini qucaqlaması günə damğa vuran fotolardan olub.

İngiltərənin "The Independent" qəzeti bu görüntünü "birliyin simvolu" adlandırıb.

Sadık Patel xatirə mərasimində kədərli yaşlı qadına yaxınlaşaraq onunla birlikdə dua edib, daha sonra onun qoluna girərək gəzməyinə kömək edib.//istipress
Dünya bu görüntülərdən danışır FOTOLARDünya bu görüntülərdən danışır FOTOLARDünya bu görüntülərdən danışır FOTOLARDünya bu görüntülərdən danışır FOTOLAR

İcmal.Az

RƏYLƏR