Dünya çempionumuz AÇ-də qələbə qazandı

OXUNUB: 991 İDMAN

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir.

Yarışın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib.

O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.

Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedənyolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.

Bu gün daha bir təmsilçimiz - Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2.

Şahsuvarlı Brennanla iyunun 20-də qüvvəsini sınayacaq./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR