Dünya çempionumuzdan ETİRAZ — "İdmançı qalıb kənarda, hamı pul sayır"

OXUNUB: 896 İDMAN
Tanınmış yunan-roma güləşçimiz, dünya və Avropa çempionu Həsən Əliyev İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılara verilən mükafatlarla bağlı sosial şəbəkədə yazılanlara münasibət bildirib.


Əliyev bu ittihamlara məhz sosial şəbəkə vasitəsilə vavab verib:

Bu camaat niyə məhz idmançını müəllimlə müqayisə edir? Daha yanğılı çıxsın deyə? Daha acımalı görünsün deyə?
Müqayisə edəcək o qədər adamlar var. Niyə edilmir və məhz  müəllimlə müqayisə olunur? Çox biabırçı haldır. İdmançı qalıb kənarda, hamı pul sayır. Razıyam, bu yarış üçün o mükafatlar çoxdur, həm də lap çox. Bunu lap vəzifəli adamında yanında deyirəm, dost-tanışın da. Amma bir şeyi unutmaq lazım deyil ki, heç olmasa bu idmançılar sizin kimi orta, aşağı təbəqəli ailələrin uşaqlarıdı. Heç olmasa bilirsiniz ki, bu pullar 1 dəfə də olsa halal yerə gedir. Bu qədərdə olmaz axı. Bir ailə bu qədər qazandı, bir idmançı bu qədər qazandı. Vallah ayıbdı, kənardan çox pis görünür.  Bizim millətdən başqa pul-pul deyən millətə az rast gəlinər".

Qeyd edək ki,  Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr göstərilən idmançılara mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən,  birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, 
üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat məbləğində mükafat veriləcək./olke.az
 
İcmal.Az

RƏYLƏR