Dünya çempionunu öldürən Anardan YENİ XƏBƏR

OXUNUB: 877 DÜNYA

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək. 

Bu barədə İcmal.Az "Report"-a istinadən xəbər verir.

"Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır", - bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.

Xatırladaq ki, dünən axtarışda olan A.Allahverənov könüllü hüquq-mühafizə orqanlarına təslim olub.

A.Allahverənov dava zamanı Draçovun öldürülməsində ittiham olunur. Hadisə avqustun 20-də Xabarovskda kafelərdən birində baş verib. Gənc oğlan hadisədən dərhal sonra qaçıb və beynəlxalq axtarışa verilib. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir

İcmal.Az

RƏYLƏR