Dünya Çempionatında biabırçılıq - İranlı azakeşlər hotelin önündə... - VİDEO

OXUNUB: 1082 İDMAN

Dünya Çempionatının B qrupunda mübarizə aparan İranla Portuqaliya arasında bu gün III tur çərçivəsində baş tutacaq vacib görüşdən əvvəl iranlı azarkeşlər qəribə üsula əl atıblar.

 İcmal.Az xəbər verir ki, qrupda 3 xalla 3-cü yeri tutan millinin tərəfdarları Portuqaliya millisinin məskunlaşdığı Rusiyanın Saransk şəhərindəki”Merkuri” hotelinin önündə parti təşkil ediblər.

Azarkeşlər bununla Portuqaliya yığmasının dincəlməsinə və yatmasına mane olmaq istəyiblər. Onların məqsədi isə millinin bugünkü oyuna yorğun və yuxusuz çıxmasını təmin etmək olub. Onların əsas hədəfi isə milliin aparıcı futbolçusu Kriştiano Ronaldo olub.

İcmal.Az

RƏYLƏR