Dünya Çempionatında iştirak edən komandalar sərvət qazanacaq - İNANILMAZ RƏQƏMLƏR

OXUNUB: 100 İDMAN

2018 Dünya Çempionatında iştirak edən 32 komanda xəzinəsinə sərvət aparacaq.

FİFA tərəfindən veriləcək vəsaitlər yayım, reklam, qalibiyyət və mübarizədən əldə edilən gəlirlərdən toplanacaq.

Toplamda 400 milyon dollarlıq bir rəqəm nəzərdə tutulub. Ən böyük hədiyyəni 9,5 %-lə çempion olan ölkə alacaq və 38 milyon dollar gəlir əldə edəcək. Finala qalan digər bir milli isə 7%, yəni 28 milyon dollar alacaq.

3-cü ölkə 6% ilə 24 milyon, 4-cü ölkə 5,5% ilə 22 milyon qazanacaq. 5-dən 9-a qədər olan ölkələr də müəyyən edildikdən sonra 16% ilə 18 milyon dollara sahib olacaq.

9-dan 16-ya qədər sıralanan ölkələr 24%-lik nəticə ilə 12 milyon dollar alacaq ki, bu da toplam 96 milyon dollar edir. 17-dən 32-yə qədər sıralanan millilər isə 32%-lik nəticə ilə komanda başına 8 milyon qazanacaq ki, bu da toplamda 128 milyon dollar edir.

Bununla yanaşı, Dünya Çempionatına milli komandanın tərkibində futbolçu göndərən klublara da maddi ödıniş ediləcək. Bu istiqamətdə FİFA-nın cibindən toplam 791 milyon dollar çıxacaq.

FİFA-nın qitələrə görə, media haqları paylanmasında ciddi bir irəliləyiş qeydə alınıb. 2010 və 2014-cü il Dünya Çempionatları ilə aparılan müqayisələrdə media haqlarında 2018-ci ildə 2010-dakına nəzərən 47,8%, 2014-ə nəzərən 38,2% artım olduğu üzə çıxıb.

Avropa ölkələrindəki mediaya 1,8 milyon, Asiyadakılara isə 681 milyon dollar vəsait xərclənib. Şimali Amerika 487, Cənubi Amerika 450, Yaxın Şərq və Şimali Afrika isə medialarına 187 milyon dollar borcludur.

Bütün bu vəsaitlər toplamda 3,066 milyard dollarlıq bir rəqəmə çatıb.

2018 Dünya Çempionatının sponsorlardan əldə etdiyi gəlir isə 1,3 milyard olub.

İcmal.Az

RƏYLƏR