Dünya liderləri Makronu təbrik ediblər

OXUNUB: 1116 DÜNYA

Fransada prezident seçkilərinin ikinci turunda 66% səs toplayaraq qələbə qazanan "En Marche!” ("İrəli!”) hərəkatının lideri Emmanuel Makron təbrikləri qəbul edir. İlk təbrik edənlərdən biri isə seçkilərdə ona rəqib olan və 33,94% səs toplayan "Milli cəbhə” partiyasının lideri Marin Le Pen olub. 

Makronu qələbə münasibəti ilə Fransanın hazırkı prezidenti Fransua Olland da təbrik edib. Qələbəsi barədə xəbər yayıldıqdan sonra Makron xarici ölkə və beynəlxalq təşkilatlardan təbrik məktubları almağa başlayıb. 

İcmal.AzTASS-a istinadən xəbər verir ki, fransız siyasətçini təbrik edənlər sırasında – ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Polşa prezidenti Ancey Duda, İsveçin baş naziri Stefan Leven, Meksika prezidenti Enrike Penya Nyeto, Braziliya prezidenti Mişel Temer, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker var.  

İcmal.Az

RƏYLƏR