Dünya Rusiyanı ittiham edir: Moskva günahkardır

OXUNUB: 558 DÜNYA

Niderland, Avstraliya rəsmi olaraq, Rusiyanı MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan "Boeing” sərnişin təyyarəsinin Ukraynanın Donbass vilayəti üzərində vurulmasına görə Rusiyanı ittiham ediblər.

İcmal.Az xəbər verir ki, Niderlandın Nazirlər Şurasından verilən məlumata görə, bu işdə növbəti addım BMT-nin Beynəlxalq məhkəməsinə iddia ərizəsi ola bilər.

Krallığın hökumətindən həmçinin qeyd ediblər ki, ölkənin günahının müəyyənləşdirilməsi mürəkkəb hüquqi prosesdir.

Avstraliya da Moskvanın ünvanına ittihamlara qoşulub. Bu ölkənin xarici işlər naziri Stef Blok bəyan edib ki, "Avstraliya Rusiyanı məsuliyyətini tanımağa və MH17 reysinin qurbanları üçün həqiqəti və ədaləti bərqərar etmək üçün istintaqla əməkdaşlığa başlamağa çağırır”.

Öz növbəsində NATO və Avropa İttifaqı da Rusiyanı Malayziya "Boeing”nin vurulmasına görə məsuliyyəti üzərinə götürməyə çağırıblar.

Böyük Britaniyanın XİN rəhbəri Boris Conson bəyan edib ki, Moskva beynəlxalq araşdırma qrupunun təyyarə qəzası ilə bağlı yaydığı məlumatdan sonra izahat verməlidir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi "Boeing” təyyarəsinin ona məxsus "Buk” zenit-raket kompleksindən vurulduğu barədə Birgə təhqiqat qrupunun (JİT) yaydığı bəyanatı təkzib etmişdi.

Rusiya tərəfinin versiyasına görə, təyyarəni Ukraynaya məxsus qurğudan vurublar, Rusiya ZRK isə heç zaman bu ölkənin sərhədini keçməyiblər.

Kreml bütün ittihamları təkzib edərək, Rusiyanın JİT-in tərkibinə daxil olmadığını və buna görə də, onun işinin nəticələrinə nə dərəcədə etibar etməyin mümkün olduğunu bilmədiyini qeyd edir.

Ötən gün keçirilən mətbuat konfransında JİT tərəfindən Rusiyaya məxsus hərbi texnikanın bu ölkənin Kursk şəhəri yaxınlığındə yerləşən 53-cü briqadasından Ukraynaya hərəkət etməsi barədə məlumatlar təqdim olunub.

Xatırladaq ki, 2014-cü ilin yayında Malaysia Airlines şirkətinə məxsus Boeing-777 təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub.

Hadisənin araşdırılması ilə Avstraliya, Belçika, Malayziya, Niderland və Ukraynanın nümayəndələrindən ibarət Birgə təhqiqat qrupu (JİT) məşğul olur.

İcmal.Az

RƏYLƏR