Dünya ŞOKDA! Çinin inkar etdiyi işgəncə düşərgələri görüntülədi - FOTOLAR

OXUNUB: 1139 MARAQLI DÜNYA

Guan Guan adlı cəsur gənc özünü turist kimi tanıdıb çantasındakı gizlin kamera ilə Pekinin Sincan əyalətində Müsəlmanların, xüsusilə də Uyğurların tutulduğu mərkəzləri və həbsxanaları ifşa edib.

O, 2 il öncə velosipedlə gəzərkən kəşf etdiyi bölgəyə sübutlar toplamaq üçün geri qayıdıb.

Ümumilikdə, 8 şəhər və 18 belə düşərgə kəşf edən Guan bu əraziləridəki yüksək divarlar, tikanlı məftillər, polis yoxlanış məntəqələri, hərbi texnikaları lentə alıb və bu görüntüləri 19 dəqiqəlik "YouTube" videosu ilə paylaşıb.

Guan xəritələrdə xüsusi işarələnmiş ərazilərə baxış keçirən zaman böyük fabriklərə bağlı bir düşərgə də kəşf edib və bunun ən ağır işgəncələrin yaşandığı yerlərdən biri olduğunu qeyd edib. Bu düşərgələr ilə mövcud kommunist rejimi milli azlıqları əzmək, dinlərini, dillərini, mədəniyyətlərini, milli mənsubiyyətlərini unutdurmaq, assimilyasiya məqsədi güdür. Hazırda Avropaya sığınan, vaxtilə bu düşərgələrdən birində çalışmış Jiang adlı keçmiş polis məmurunun danışdıqları da bu faktları təsdiqləyir.

Çin hökumətinin Uyğurlara etdiyi zülmü görən Guan buna bir son veriləcəyini ümid etdiyini deyib. Eyni zamanda, onun cəsarəti Dünya Uyğur Konqresinin Birləşmiş Krallıq direktoru Rəhimə Mahmud tərəfindən də tərifə layiq görülüb. Mahmud, həmçinin bildirib ki, 20 ildir yurduna dönə bilməyən bir Uyğur olaraq bu görüntülər onun üçün olduqca ürək parçalayan və qorxuncdur./Hit.az

 




RƏYLƏR